Haqqımızda

 

Şirkətiniz Haqqında məlumat:

«Kamiloğlu» MMC 2011-cı ildə yaranıb fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığımız ilk gündən, ofis, otel və ixtisaslaşdırılmış mebellərin istehsalı və satışı ilə məşqul oluruq. Bu zaman kəsiyində biz kiçik emalatxanadan müasir avadanlıqlarla təchiz olunmuş fabrikə, aztanınan ofisdən öz sahəsində yüksək yerlərdən birini tutmuş kompaniyaya qədər yüksəlmişik. Məqsədimiz mükəmməl dizaynlı, funksional və yüksək keyfiyyətli mebel və ev aksesuarlarını ən uyğun qiymətlərlə alıcılara təqdim etməkdir. Minlərlə Ev mebeli, Ofis mebeli, Ev Tekstili, Aksesuarlar, Mətbəx mebelləri, İsıqlandırma çeşidləri ilə evinizdə rahatlığı və göz oxşayan zərifliyi yaradacaqdır.

 

«Kamiloğlu» MMC fəaliyyət göstərdiyi illər ərzində Bakı şəhəri və respublikamızın müxtəlif bölgələrində çoxsaylı dövlət müəssisələrin, nazirliklərin, bankların, hava nəqliyyatının,  respublikamızda fəaliyyət göstərən beynəlxalq təşkilatların binalarının ofis və digər mebel avadanlıqlarının təchiz olunmasında fəal iştirak edərək keyfiyyətinə və estetik görkəmində özünü göstərmişdi.

Müştərilərin istəyi əsasında biz mebelin ölçülərini, materiallarını, rəngini dəyişə bilərik.  Müştərilərimiz tərəfindən qarşımıza qoyulan tələblərin hər birini biz yüksək keyfiyyəti təmin edərək həyata keçiririk. Bu məhsuların hər biri – orginal fikirlərin, individual layihələndirmənin və hər bir detala yetirilən xüsusi qayğının nəticəsidir. İstehsal etdiyimiz məhsullara zəmanət veririk, çatdırılma quraşdırılma qiymətə daxildir.